“YAŞAT” Fondu qazilər üçün xaricdən ortopedik cihaz alıb

“YAŞAT” Fondu qazilər üçün xaricdən ortopedik cihaz alıb “YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır.
Daxili siyasət
11 Yanvar , 2021 09:54
“YAŞAT” Fondu qazilər üçün xaricdən ortopedik cihaz alıb

“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır.

Fonddan "Report"a verilən məlumata görə, ciddi fiziki travma alan, zəruri tibbi müayinələrdən keçən və artıq ilk əməliyyatı uğurla başa çatan qazi Yusif Ağammədovun fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən “RGO” ortopedik cihazından istifadə olunur.

Bu cihaz vasitəsi ilə hərəkət məhdudiyyətli şəxslərə addım atmaq şansı yaradılır.

“YAŞAT” Fondu onun müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah bütün qazilərimizə şəfa versin!

Son xəbərlər

Orphus sistemi