"YAŞAT" fondu ilə bağlı bloqqerlər bir araya toplandı

"YAŞAT" fondu ilə bağlı bloqqerlər bir araya toplandı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tanınmış blogger, aparıcı, mədəniyyət və incəsənət nümayəndələri ilə videokonfrans formatında görüşüb.
Daxili siyasət
19 Dekabr , 2020 17:26
YAŞAT fondu ilə bağlı bloqqerlər bir araya toplandı
Ülvi Mehdiyev

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tanınmış bloqqer, aparıcı, mədəniyyət və incəsənət nümayəndələri ilə videokonfrans formatında görüşüb.

Bu barədə "Report"a Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Ü.Mehdiyev iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbə münasibətilə təbrik edib. Sonra "YAŞAT" Fondunun yaradılması, onun fəaliyyət istiqamətləri və gələcək hədəflər barədə məlumat verilib.

Görüş çərçivəsində iştirakçıların “YAŞAT” Fondu, eləcə də elektron hökumət quruculuğu sahəsində çoxsaylı sualları cavablandırılıb, təklifləri qeydə alınıb.

2-ci “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində reallaşan görüşdə Elektron Hökumətinin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov isə Azərbaycanda elektron hökumət quruculuğu, ekosistem, Mərkəz tərəfindən reallaşdırılan layihələr barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi