YAP Xətai rayon təşkilatı partiyanın yaranmasının 29-cu ildönümünü qeyd edib

YAP Xətai rayon təşkilatı partiyanın yaranmasının 29-cu ildönümünü qeyd edib Noyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında partiyanın yaradılmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Daxili siyasət
18 Noyabr , 2021 12:51
YAP Xətai rayon təşkilatı partiyanın yaranmasının 29-cu ildönümünü qeyd edib

Noyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında partiyanın yaradılmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə əklil və qızılgül dəstələri düzüblər.

Sonra tədbir YAP Xətai rayon təşkilatının akt zalında Dövlət Himninin səsləndirilməsi, YAP-ın qurucusu, ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib ki, YAP yarandığı gündən xalqımıza Azərbaycan tarixinin ən möhtəşəm səhifəsini, unudulmaz anlarını yaşadıb. “Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev YAP-ı yaratdığı zaman Azərbaycanda “Olum ya ölüm” dilemmasının yaşandığı dövr idi”.

Tədbirdə çıxış edən, “91-lər”in və YAP İdarə Heyətini üzvü, Milli Məclisin deputatı Mixail Zabelin vurğulayıb ki, hakim partiyanın yaranması yüksək səviyyədə təşkilatlanması milli tariximizdə görkəmli yer tutan ulu öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır: “YAP dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hərtərəfli inkişafı və müdafiəsini təmin etmək məqsədilə yaradılan partiyadır. Bu gün də bu ənənələr layiqincə davam etdirilir”.

Sonda Xətai Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və Xətai rayon Gənclər və idman idarəsinin təşiklatçılığı ilə partiyanın yaranmasının 29 illiyi ilə bağlı orta məktəblər arasında keçirilən Şahmat turnirinin qalibləri Fəxri fərman və diplomlarla təltif olunması mərasimi ilə davam edib.

Son xəbərlər

Orphus sistemi