​YAP referendumla bağlı "Yeni Azərbaycan" təşəbbüs qrupu yaradıb

​YAP referendumla bağlı "Yeni Azərbaycan" təşəbbüs qrupu yaradıb Təşəbbüsçülərin yığıncağında təşəbbüs qrupunun 24 nəfər səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub
Daxili siyasət
1 Avqust , 2016 17:09
​YAP referendumla bağlı Yeni Azərbaycan təşəbbüs qrupu yaradıb

Bakı. 1 avqust. REPORT.AZ/ Sentyabr ayının 26-a təyin olunmuş Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşəbbüs qrupunun yaradılması məqsədi ilə təşəbbüsçülərin yığıncağı keçirilib.

YAP-dan "Report"a verilən məlumata görə, yığıncağda 3 952 ilkin təşəbbüsçünü təmsil edən 315 nümayəndə iştirak edib.

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin ali məqsəd və məramı nəzərə alınaraq təşəbbüs qrupunun "Yeni Azərbaycan"adlandırılması qərara alınıb.

Təşəbbüsçülərin yığıncağında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşəbbüs qrupunun 24 nəfər səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub, habelə yaradılan "Yeni Azərbaycan" təşəbbüs qrupunun qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim edilməsi haqqında qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi