Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
“Report” xəbər verir ki, tədbirdə YAP funksionerləri, deputatlar iştirak ediblər.
Tədbirdə YAP-ın sədr müavini-icra katibi
Ə.Əhmədov Azərbaycanın 1990-cı illərin əvvəlində üzləşdiyi problemlərdən danışıb: "1992-93-cü ildə AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni edib. İnsanlar birmənalı şəkildə dərk edirdilər ki, Azərbaycanı xilas etməyin yeganə yolu
YAP-ın sədr müavini-icra katibi bildirib ki, 1993-cü ildə parçalanma təhlükəsi ilə üzləşən Azərbaycan Heydər Əliyev və Prezident İlham Əliyevin sayəsində bu gün dünya reytinqlərində ən yüksək yerlərdə durur: “Bu gün insanlarımız sabit, sürətlə inkişaf edən ölkədə yaşamaqdan qürur duyurlar. Bu uğurların əsasında xalqa xidmət etmək mədəniyyəti durur. Partiyamız xalqın, dövlətin maraqlarını şəxsi maraqlardan üstün tutmaq mədəniyyətini gətirib. Yeni Azərbaycan Partiyasının sıralarında 750 mindən çox insan cəmləşib. Azərbaycanda gənclərin 10 faizi partiyamızın üzvüdür. Azərbaycan vətəndaşlarının böyük hissəsi də dərindən inanır ki, bundan sonra da uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının iqtidarı ilə bağlı olacaq. Bunu deməyə əsas verən vətəndaşların Prezident İlham Əliyevə dərin inamıdır. Bu günlərdə keçirilən sosioloji sorğuda xalqın 88 faizi Prezident İlham Əliyevi dəstəkləyib. Azərbaycan xalqının gələcəyi bundan sonra da parlaq olacaq”.
YAP Siyasi Şurasının üzvləri -
Tədbir YAP Gənclər Birliyinin üzvlərinin çıxışları ilə davam edib.