YAP-ın sədr müavini: "Müxalifətin yeni qanadı - mühacir müxalifəti yaranıb"

YAP-ın sədr müavini: "Müxalifətin yeni qanadı - mühacir müxalifəti yaranıb" Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın Səbail və Xətai rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
Daxili siyasət
30 Avqust , 2019 17:37
YAP-ın sədr müavini: Müxalifətin yeni qanadı - mühacir müxalifəti yaranıb

Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın Səbail və Xətai rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

"Report"un xəbərinə görə, Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, YAP-ın 750 minə yaxın üzvü var, bu, statistika deyil, bunun arxasında Heydər Əliyev siyasətinə hörmət və inam dayanır.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda heç bir zaman bir təşkilatın sırasında bu qədər üzv olmayıb: "Bundan sonra da partiyanın işini gücləndirmək istiqamətində çalışacağıq".

YAP rəsmisi vurğulayıb ki, müxalifətin yeni qanadı - mühacir müxalifəti yaranıb: "Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ölkədə siyasi proseslərdə iştirak niyyətini ortaya qoyan siyasi fəalların bəziləri Azərbaycanda deyil, kənarda fəaliyyət göstərirlər. Onların siyasi fəaliyyətlə əlaqədar davranışları ciddi şəkildə suallar doğurur. Xoşəgəlməz hal ondan ibarətdir ki, bu qrup insanlar ayrı-ayrı dairələrin alətinə çevrilə bilərlər. Belə bir təhlükə mövcuddur. Müxtəlif dövrlərdə müxtəlif ölkələrdə siyasi mühacirlər həmin ölkələr üçün ciddi problemlər yaradıblar. Azərbaycan ictimaiyyəti onların xoşagəlməz hərəkətlərinə öz münasibətini bildirməlidirlər. Son zamanlar müasir texnologiyalardan istifadə edərək Azərbaycan reallıqlarına kölgə salır, şər-böhtan səsləndirirlər".

Ə.Əhmədov YAP üzvlərinə çağırış edərək deyib ki, yalan üzərində qurulan təbliğata qarşı addımlar atmalı, öz fikirlərini bildirməlidirlər.

Son xəbərlər

Orphus sistemi