Yuxarı

YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

Referendumla əlaqədar YAP-ın qarşısında duran təşkilati və təbliğat xarakterli vəzifələr müəyyənləşdirilib

Bakı. 25 iyul. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

YAP-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müşavirədə Yeni Azərbaycan Partiyasının yarımillik fəaliyyətinin nəticələri müzakirə edilib, habelə Prezidentin təşəbbüsü ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı" ilə əlaqədar partiyanın qarşısında duran vəzifələr nəzərdən keçirilib.

Vurğulanıb ki, Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusyon təminatının daha da gücləndirilməsinə, demokratik təsisatlarının fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirməsi məqsədlərinə xidmət göstərir. Konstitusiyaya təklif olunan dəyişikliklərin Azərbaycanın bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasının uyğun olduğu qeyd olunub, eyni zamanda referendumun keçirilməsi ilə əlaqədar YAP-ın qarşısında duran təşkilati və təbliğat xarakterli vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələrin yerinə yetirilməsi ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tapşırıqlar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi