Yuxarı
    Bağlamaq

    YAP-ın rayon təşkilatlarından birinin sədri dəyişib

    Təşkilatın yeni tərkibdə Şura və İdarə Heyəti və nəzarət-təftiş qrupu seçilib© Report.az

    Bakı. 25 may. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının VIII konfransı keçirilib.

    Partiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev hesabat dövründə görülən işlər barədə məlumat verib. 

    O bildirib ki, 1993-cü il yanvarın 16-da ilk təsis konfransını keçirən YAP Sabirabad rayon təşkilatı bu gün 91 ərazi üzrə ilk partiya təşkilatında 8036 nəfər partiyanın üzvünü birləşdirir: "Bu gün YAP rayon təşkilatının üzvlərindən 2630 nəfəri, yəni 33 faizi qadınlar, 2647 nəfəri, yəni 33 faizi gənclər təşkil edir. Ötən müddət ərzində YAP Sabirabad rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələri daha ləyaqətlə həyata keçirməkdədir".

    Sonda konfransda təşkilati məsələlərə baxılıb. YAP Sabirabad rayon təşkilatı sədrinin müavini Məleykə Həsənova təşkilatın sədri, eləcə də yeni tərkibdə Şura və İdarə Heyəti və nəzarət-təftiş qrupu seçilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi