Yuxarı

YAP-ın rayon təşkilatlarından birinin sədri dəyişdirilib

Təşkilatın növbədənkənar konfransı olub

Bakı. 8 dekabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının VI növbədənkənar konfransı olub. “Report”un xəbərinə görə, konfransda YAP Naxçıvan Muxtar Respublikası Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxış edib.

Bildirilib ki, YAP Kəngərli rayon təşkilatının rəhbər orqanlarının fəaliyyətini təmin etmək məqsədilə YAP Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri müvafiq qərar imzalayıb: “Qərara uyğun olaraq YAP Kəngərli rayon təşkilatının VI növbədənkənar konfransı keçirilir”.

Növbədənkənar konfransda YAP Kəngərli rayon təşkilatının 19 nəfərdən ibarət şurasının, 9 nəfərdən ibarət İdarə Heyətinin, həmçinin Qadınlar Şurasının, Gənclər Birliyinin İdarə Heyətinin və Nəzarət-təftiş qrupunun üzvləri seçilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quluyeva YAP Kəngərli rayon təşkilatının sədri seçilib. S.Quliyeva ona göstərilən etimada görə konfrans iştirakçılarına minnətdarlığını ifadə edib, bu şərəfli və məsuliyyətli işin öhdəsindən gəlmək üçün səylə çalışacağını bildirib.

Qeyd edək ki, YAP Kəngərli rayon təşkilatı 2004-cü il iyulun 14-də təsis edilib. Təşkilatın əvvəlki sədri Fazil Abbasov olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi