"YAP-ın namizədləri 60%-dən çox səs toplayıb"

"YAP-ın namizədləri 60%-dən çox səs toplayıb" Əli Əhmədov: "Bu seçkilərdə qadın namizədlərin sayında da artım olub"
Daxili siyasət
23 Dekabr , 2014 20:48
YAP-ın namizədləri 60%-dən çox səs toplayıb

Bakı. 23 dekabr. REPORT.AZ/ "Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri 60%-dən çox səs toplayıblar və bu da partiyanın təbliğat-təşviqat kampaniyasında yüksək formada iştirakından irəli gəlir". "Report"un məlumatına görə, bunu YAP-ın sədr müavini, icra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib.

“Budəfəki bələdiyyə seçkilərinin daha bir özəlliyi də odur ki, əvvəlki bələdiyyə seçkilərində digər partiyaların iştirakı nadir hal sayılırdısa, indi 8 siyasi partiya iştirak edib”, - YAP-ın icra katibi deyib.

Ə.Əhmədovun sözlərinə görə, əvvəlki seçkilərə nisbətən bu seçkilərdə qadın namizədlərin sayında da artım olub: “İndiyədək bələdiyyələrin tərkibində qadınların sayı 29, gənclərin sayı isə 24%-ə qədər çoxalıb. Bu ildə də gənclər və qadınların sayının artmasına xüsusi diqqət verdik, namizədləri seçərkən bu məqam nəzərə alındı. Ona görə də bu seçkilərin nəticələrində daha çox qadınların və gənclərin mandat alacağına inanırıq. İnanıram ki, bu seçki kampaniyasında əldə etdiyimiz uğurlar 5 il əvvəl əldə etdiklərimizdən yüksək olacaq. Partiya olaraq sevinirik ki, yeni bir seçki kampaniyasını uğurla baş çatdırdıq. Bu bizim nəailiyyətlərimizdən biridir”. 

Son xəbərlər

Orphus sistemi