YAP-ın komissiyaları yenidən formalaşdırılıb

YAP-ın komissiyaları yenidən formalaşdırılıb İyunun 4-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
Daxili siyasət
4 İyun , 2020 17:02
YAP-ın komissiyaları yenidən formalaşdırılıb
Yeni Azərbaycan Partiyası / Report

İyunun 4-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, toplantıda pandemiya ilə əlaqədar YAP-ın gördüyü işlər barədə məlumat dinlənilib. 

Qeyd edilib ki, Azərbaycan Respublikasında koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərin qarşısını almaq üçün sistemli tədbirlər həyata keçirilib. Görülən tədbirlər sırasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir. YAP Prezident İlham Əliyev bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi altında epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından və fəal iştirak etmiş, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirib.  

YAP Prezident  İlham Əliyevin Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bütövlükdə 500 000 manat, Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna isə 30 000 manat ianə edib.

Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə ayrılan ərzaq yardımları YAP-ın könülüləri tərəfindən 33 355 imkansız ailəyə çatdırılıb. 

Yeni Azərbaycan Partiyası tərəfindən 21-29 mart tarixlərində ”Sağlamlığımız milli həmrəyliyimizdədir” devizi ilə keçirilən kampaniya çərçivəsində bütün respublika ərazisində ahıl, imkansız və ehtiyacı olan 7 780 ailəyə könüllülər vasitəsilə gigiyenik vasitələr çatdırılıb. 

YAP tərəfindən aprel ayının 4-də start verilən və xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində davam edən aksiya çərçivəsində partiyanın rayon təşkilatlarının, eləcə də fəalların maliyyə dəstəyi ilə 17 324 ailəyə ərzaq və digər yardımlar göstərilib.

Yeni Azərbaycan Partiyası və ƏƏSMN aprelin 4-də başladığı birgə sosial aksiya çərçivəsində isə 21 138 ailəyə sosial xidmət göstərilib. 

İcladsa həmçinin Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərən komissiyaların yenidən formalaşması məsələsi müzakirə edilib, qəbul edilən qərara əsasən, komissiyaların tərkibində müvafiq dəyişikliklər edilib. 

İclas iştirakçıları komissiyaların fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində təkliflərlə çıxış ediblər. 

İclasda daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə edilib. 

Son xəbərlər

Orphus sistemi