Yuxarı
    Bağlamaq

    YAP-ın bələdiyyə üzvlüyünə irəli sürdüyü namizədlərin imzatoplama kampaniyası başa çatıb

    Ölkə ərazisində fəaliyyət göstərən bütün bələdiyyələrə təxminən 15 min YAP üzvü namizəd irəli sürülüb

    Bakı. 19 noyabr. REPORT.AZ/ YAP tərəfindən irəli sürülən namizədlərin lehinə imzatoplama kampaniyası başa çatıb.

    Partiyadan "Report"a verilən məlumata görə, YAP tərəfindən irəli sürülmüş namizədlərin 14 mindən çoxu artıq bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınıb. İmza vərəqlərini dairə seçki komissiyalarına təqdim etmiş digər irəli sürülmüş namizədlərin qeydə alınması prosesinin yaxın günlərdə başa çatacağı gözlənilir.

    Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən bütün bələdiyyələrə təxminən 15 min YAP-ın üzvü namizəd irəli sürülüb.

    Xatırladaq ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi