Yuxarı

​YAP-ın Ağsu rayon təşkilatının yeni inzibati binasının açılışı olub

Dövlət başçısı açılış mərasimində iştirak edib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün prezident İlham Əliyev bu gün Ağsuya səfəri çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

"Report" xəbər verir ki, İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.

Binanın tikintisi 2014-cü ilin may ayında başlayıbb və bu ilin avqustunda başa çatdırılıb. Tikinti ən müasir standartlara uyğun həyata keçirilib. Ümumi sahəsi 535 kvadratmetr olan bina müasir inventar və avadanlıqla təchiz olunub. Binanın foyesində Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət guşə var. 100 nəfərlik akt zalında partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirilə bilər. İnzibati otaqlarda səmərəli fəaliyyət üçün hərtərəfli imkanlar yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi