Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası bitib.
"Report" xəbər verir ki, iclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədləri müəyyənləşib.
Məlumata görə, hakim partiya 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb.
Yeni Azərbaycan Partiyası 125 seçki dairəsi üzrə namizədlərini irəli sürəcək.
“Report”un əldə etdiyi məlumata görə, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında bildirilib.
Qeyd edilib ki, partiya bütün dairələrdən namizədlərini irəli sürəcək.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası başlayıb.
"Report" xəbər verir ki, iclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.
Foto: Samirə Həsənova