Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilib.
“Report”un xəbərinə görə, iclasda Milli Məclisdə deputatları çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşib.
Həmin şəxslərin adlarını təqdim edirik:
Məzahir Pənahov
Rövzət Qasımov
Hüseyn Paşayev
Şaitdin Əliyev
Ramiz İbrahimov
Validə Kazımova
Sürəddin Hümmətov - ehtiyat üzv
Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.
Məsələ gələn həftə - aprelin 27-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.