YAP icra katibinin müavini: “Bəzi həmkarlarımız deyir ki, Milli Məclis işləmir, işləmirsə, niyə buradan əmək haqqı alırsan?”

YAP icra katibinin müavini: “Bəzi həmkarlarımız deyir ki, Milli Məclis işləmir, işləmirsə, niyə buradan əmək haqqı alırsan?” “Başqa bir həmkarım deyir ki, Prezidentin komandası dəyişməlidir, sən kimsən komanda dəyişirsən?”
Daxili siyasət
1 Fevral , 2017 13:11
YAP icra katibinin müavini: “Bəzi həmkarlarımız deyir ki, Milli Məclis işləmir, işləmirsə, niyə buradan əmək haqqı alırsan?”

Bakı. 1 fevral. REPORT.AZ/ “Bəzi həmkarlarımız deyir ki, Milli Məclis işləmir. Millİ Məclis işləmirsə, niyə buradan əmək haqqı alırsan? Milli Məclisin funksiyası qanun qəbul etməkdir. İndi biz nə edək, Lenin kimi şalban götürək çiynimizə, daşıyaq ki, işləyirik? Ya divar hörməliyik? Nə etməliyik? Müsahibə verəndə isə fikirləşmək lazımdır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O iddiaların əsassız olduğunu qeyd edib: “Başqa bir həmkarım deyir ki, Prezidentin komandası dəyişməlidir, sən kimsən komanda dəyişirsən? Komandanın sahibi var, Prezident İlham Əliyevin komandasıdır. Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Hər kəsin funksiyası var. Kiminsə kimdənsə xoşu gəlmirsə, bunu bu cür təqdim etmək olmaz. Azərbaycan Milli Məclisi beynəlxalq aləmdə güclü işləyir. Hər bir insan çıxış edərkən düşünməlidir. Milli Məclisdə işləmək üçün hər bir şərait yaradılıb. Qanun təqdim et, altyernativlik yarat. Amma ümumi danışmaq olmaz. Deyirlər, əvvəldən demişik. Nə demisiniz?”.

Son xəbərlər

Orphus sistemi