Yuxarı

YAP Gülər Əhmədovanın deputat seçildiyi dairədən yeni namizəd irəli sürüb

34 saylı Xətai II Seçki Dairəsindən YAP-ın namizədi Calal İbrahimov olacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2012-ci ildə deputat mandatından imtina edən Gülər Əhmədovanın seçildiyi 34 saylı Xətai ikinci Seçki Dairəsindən yeni namizəd irəli sürüb.

"Report"un məlumatına görə, YAP-ın bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə bu dairədən namizədi Calal İbrahimov olacaq.

C.İbrahimov 2010-cu ildə keçirilən parlament seçkilərində 34 saylı Xətai ikinci Seçki Dairəsindən deputatlığa namizəd olub. 

Qeyd edək ki, Gülər Əhmədova 1965-ci il avqustun 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Psixologiya elmləri namizədidir.

1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi olub.

G.Əhmədova Milli Məclisin II-IV çağırış deputatı olub.

2012-ci il sentyabrın 28-də Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün Milli Məclis rəhbərliyinə müraciət edib və onun mandatı ləğv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi