Yuxarı

YAP Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib

Sonra təşkilati məsələlərə baxılıb

Bakı. 16 may. REPORT.AZ Mayın 16-da hakim Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. 

"Report" xəbər verir ki, YAP Gənclər Birliyinin sədri Seymur Orucov 2011-2015-ci illərdə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. O deyib ki, YAP ölkədə gənclərin inkişafı üçün bütün imkanları yaradıb. Bu gün YAP-ın sıralarında 250 mindən çox gənc var. Bu da partiya üzvlərinin 40 faizini təşkil edir.

YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva birliyin təşkilati işləri barədə hesabat məruzəsi ilə çıxış edib.

Birliyin sədr müavini Ramin Məmmədovun qurumun beynəlxalq əlaqələri barədə hesabat məruzəsi dinlənilib. Bildirilib ki, hesabat dövründə 70-dək ölkədən 100-dən çox gənclər təşkilatı ilə əlaqələr qurulub.

Sonra konfransda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış ediblər.

Sonra təşkilati məsələlərə baxılıb. YAP Gənclər Birliyinin 63 nəfər şura üzvü, 15 nəfər İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda Seymur Orucov yenidən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi