Yuxarı

YAP Gənclər Birliyi Gənclər Günü ilə əlaqədar tədbir keçirib

Əli Əhmədov: Azərbaycan gəncinin qarşısında duran vəzifə onun ölkəni layiqincə təmsil etməsidir

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi 2 Fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirib.

Tədbirdə baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, gənclər və idman nazirinin müavini İntiqam Babayev, YAP GB-nin sədri Seymur Orucov, millət vəkilləri, gənc fəallar iştirak edirlər.

Tədbirdə YAP GB-nin ötən ilki fəaliyyətini əks etdirən hesabat xarakterli foto-slayd təqdim edilib.

Mərasimdə çıxış edən baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov deyib ki, Azərbaycan gəncinin qarşısında duran vəzifə onun ölkəni layiqincə təmsil etməsidir: "Digər vəzifə isə Azərbaycanın gələcəyinə hazır olmaqdan ibarətdir. Sizi əmin etmək istəyirəm ki, YAP bu işdə sizə dəstək olmağa hər an hazırdır".

Çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova gəncləri təbrik edərək söyləyib ki, bu günün təşəbbüskarı olan Ümummilli Lider Heydər Əliyev milləti irəli aparan gənclərlə bağlı çox iş görüb: “Arzu edirəm ki, sizlər Azərbaycanın ən layiqli vətəndaşı kimi öz öhdəliklərinizi uğurla yerinə yetirəsiniz. Sizlər, həqiqətən də öz öhdəliklərinizi bilən, vicdan borcunu məsuliyyətlə yerinə yetirməyi bacaran gənclərsiniz. Hesab edirəm ki, siz həyatınızın ən xoşbəxt dövrünü yaşayırsınız. Bu, bizi sevindirir və ruhlandırır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi