YAP-da ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunan tədbir keçirilib

YAP-da ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunan tədbir keçirilib Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunan tədbir keçirilib.
Daxili siyasət
6 İyul , 2019 13:40
YAP-da ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunan tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunan tədbir keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP Siyasi Şurasının üzvləri və Milli Məclisin deputatları iştirak ediblər.

Ə.Əhmədov 1969-cu ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən danışıb. O bildirib ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda bütün sahələrdə inkişaf başlayıb: “Azərbaycanın müstəqilliyinin qorunub-möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi Heydər Əliyevin həyata keçirdiyi tarixi missiyadır. Bununla yanaşı Heydər Əliyevin Azərbaycanda 70-ci illərdə yaratdığı potensial iqtisadiyyatın, milli dövlətçiliyin, həyatımızın bütün sferalarını təşkil edirdi”.

Tədbirdə çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ərəfəsində ölkədə faciə və sıxıntıların olduğunu xatırladıb: “O zaman əhalinin yarısı kənd təsərrüfatı sahəsində işləyirdi. Amma inkişaf etmədiyi üçün insanların sosial vəziyyəti pisləşirdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda inkişaf etməyən sahələr inkişaf etməyə başladı. Bir neçə qərarlar qəbul edildi. Sovet ittifaqının büdcəsindən Azərbaycana böyük bir vəsait ayrıldı. Çayçılıq, üzümçülük və digər sahələr öz inkişafını tapdı. O vaxtı Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları formalaşırdı. Heydər Əliyevin hakimiyyətə gəlişindən 7-8 gün sonra Ermənistan rəhbərliyi ilə görüşdü. Həmin görüşdə ona nə dedi-demədi bundan sonra onlar ərazi iddialarından bir neçə ii əl çəkdilər. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra mədəniyyət, incəsənət sahəsi də inkişaf etdi. Ulu öndərin hakimiyyətə ikinci gəlişi 1993-cü ildə oldu. Məmləkəti heç cürə idarə edə bilməyənlər məcbur olub Heydər Əliyevi hakimiyyətə dəvət etdilər. Ulu öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanı bəlalardan qutardı. Heydər Əliyev kimi insanlar tarixdə bir dəfə olur”.

Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun sözlərin görə, Heydər Əliyevin hakimiyyətə gəldiyi gün Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub: “SSRİ-də iqtisadi inkişaf baxımından sonuncu yerdə olan Azərbaycan Heydər Əliyevin hakimiyyəti illərində ilk yerlərdə qərarlaşmışdı. Azərbaycan sürətlə inkişaf etdi və Sovetlər İttifaqının ən qabaqcıl ölkələrindən birinə çevrildi, Azərbaycan yüksək zirvələrə qalxdı. Heydər Əliyev Azərbaycan xalqını ayağa qaldırdı, rifahını yaxşılaşdırdı. Ona görə də 15 iyun 1993-cü il Azərbaycan xalqının tarixində şanlı səhifələrdən biridir. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiyyətə qədər davam etməsi üçün bir yol müəyyənləşdirdi. Bu yol bu gün ulu öndərin övladı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dünyada hörmətlə qarşılanan Azərbaycan Heydər Əliyevin seçdiyi yolun nə dərəcədə uğurlu yol olduğunu göstərir. Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin tolerant şəraitdə yaşadığı bir dövlətdir. Azərbaycan iqtisadi, mədəni və digər sahələrdə inkişafın nümunəsidir. Mən Azərbaycan xalqını Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü münasibəti ilə təbrik edirəm".

Tədbir çıxışlarla davam etdirilib.

Son xəbərlər

Orphus sistemi