Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində ümummilli lider
“Report” xəbər verir ki, tədbirdə deputatlar, ziyalılar və gənclər təşkilatlarının üzvləri iştirak ediblər.
Tədbiri YAP icra katibinin müavini
S.Novruzov vurğulayıb ki, ulu öndər hakimiyyətə qayıtmasaydı, Azərbaycan demokratik respublikanın taleyini yaşayacaqdı: "Bu bəladan ölkəni Heydər Əliyev xilas etdi. Nə qədər yaşayırıqsa, Heydər Əliyev siyasi xətdi də davam edəcək".
YAP icra katibinin müavini,
M.Qurbanlı vurğulayıb ki, Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra Azərbaycan az zaman içərisində bir çox sahələrdə ciddi nailiyyətlərə imza atıb: "Tarixi tarixdən ibrət almaq üçün oxumalıyıq. Ulu öndərin ibrətamiz addımlarını öyrənmək lazımdır".
Anım mərasimində həmçinin YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Seyidməhəmməd Məmmədzadə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Günel Quliyeva və Bakı Dövlət Universitetinin tələbəsi Kənan Seyfullazadə çıxış edərək Heydər Əliyev siyasətinin uğurları, ulu öndər tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.