YAP bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya müraciət edib

YAP bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya müraciət edib Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Daxili siyasət
24 Oktyabr , 2019 19:13
YAP bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya müraciət edib

Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Bu barədə "Report"a YAP-ın Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, partiyanın İdarə Heyəti Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. Qərarda göstərilib ki, Yeni Azərbaycan Partiyası dekabrın 23-də Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərində ölkəni əhatə edən bütün bələdiyyələr üzrə seçkilərdə iştirak etsin.

MSK-ya ünvanlanmış məktubda qeyd olunub ki, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər vətəndaşların demokratik proseslərdə iştirakı baxımından xüsusi əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün bələdiyyə seçkilərində fəal iştirak edərək əhəmiyyətli uğurlara imza atmışdır. Yeni Azərbaycan Partiyasının İdarə Heyəti bu qərarı əldə olunmuş uğurları daha da genişləndirmək, vətəndaşların bələdiyyə seçkilərində fəal iştirakını təmin etmək məqsədilə qəbul edib.

Son xəbərlər

Orphus sistemi