"Yaddaqalan məsələlərdən biri Paşinyanın yersiz iddialarına Azərbaycan Prezidentinin layiqli cavabı oldu” - RƏY

"Yaddaqalan məsələlərdən biri Paşinyanın yersiz iddialarına Azərbaycan Prezidentinin layiqli cavabı oldu” - RƏY “Azərbaycanın ilk dəfədir ki, Ali Avrasiya İqtisadi Şurasının Zirvə toplantısında iştirak edir. Şübhəsiz ki, Moskvadakı toplantıya Azərbaycan özünün strateji maraqlarını nəzərə alaraq gedib. Çünki, həmin tədbir çərçivəsində, eyni zamanda Azərbaycan Respub
Daxili siyasət
25 May , 2023 21:31
Yaddaqalan məsələlərdən biri Paşinyanın yersiz iddialarına Azərbaycan Prezidentinin layiqli cavabı oldu” - RƏY

“Azərbaycan ilk dəfədir ki, Ali Avrasiya İqtisadi Şurasının Zirvə toplantısında iştirak edir. Şübhəsiz ki, Moskvadakı toplantıya Azərbaycan özünün strateji maraqlarını nəzərə alaraq gedib. Çünki, həmin tədbir çərçivəsində, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanin iştirakı ilə görüş keçiriləcək”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, rəsmi Bakı sülh üçün bütün təşəbbüsləri yüksək qiymətləndirir:

“Belə bir formatda da Azərbaycan irəli sürdüyü 5 baza prinsipi əsasında sülhlə bağlı danışıqların aparılmasını yüksək qiymətləndirir. Ancaq liderlərin görüşündə bəlli oldu ki, Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasının Zirvə toplantısında iştirak edən ölkələrlə çox ciddi əlaqələrə malikdir və münasibətlər yüksək səviyyədədir.

Azərbaycan Prezidenti yüksək rəqəm səsləndirərək bildirib ki, şuraya üzv ticarət dövriyyəsi 5 milyard dollardır və bu son hədd deyil. Şübhəsiz ki, bu toplantıda yaddaqalan ən əsas məsələlərdən biri Ermənistanın baş naziri Paşinyanın yersiz iddialarına Azərbaycan Prezidentinin sərt və layiqli cavabı oldu”.

Son xəbərlər

Orphus sistemi