Xudafərin körpüsünün azad olunması ilə bağlı yeni görüntülər yayılıb

Xudafərin körpüsünün azad olunması ilə bağlı yeni görüntülər yayılıb Xudafərin körpüsünün azad olunmasını coşqu ilə qarşılayan cənublu soydaşlarımız
Daxili siyasət
13 Noyabr , 2022 17:00
Xudafərin körpüsünün azad olunması ilə bağlı yeni görüntülər yayılıb

2020-ci ilin oktyabrın 18-də Vətən müharibəsinin gedişində Azərbaycanın şanlı ordusu tərəfindən Xudafərin körpüsünün düşmən işğalından azad olunması Cənubi Azərbaycandakı soydaşlarımız tərəfindən coşqu ilə qarşılanıb.

"Report" xəbər verir ki, bununla bağlı yeni videogörüntülər yayılıb.

Videoda görünür ki, cənublu soydaşlarımız bayrağımızın tarixi Xudafərin körpüsündə qaldırmasını qürur və fəxarətlə qeyd edir, hərbçilərimizə "Yaşasın Azərbaycan", "Azərbaycan, Azərbaycan" şüarları ilə dəstək olurlar.

Qeyd edək ki, tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü ölkəmizin qədim abidələrindən biridir. Tarixi abidə qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub.

Son xəbərlər

Orphus sistemi