Xocavənddə Birinci Qarabağ müharibəsinin şəhidi Mirzəli Quliyev dəfn edilib
Daxili siyasət
- 26 sentyabr, 2024
- 12:02
Qalıqları Xocavənd-Ağdam rayonlarının inzibati sərhədində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mirzəli Müslət oğlu Quliyevlə Xocavənd rayonunda keçirilən vida mərasimi başa çatıb.
"Report"un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Xocavənd rayonu Qaradağlı kəndi Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Xocavənd Rayon Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Mirzəli Müslət oğlu Quliyev 1952-ci il aprelin 15-də Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. O, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində itkin düşüb.
Son xəbərlər
08:05
Aİ-nin Rusiyaya qarşı bütün sanksiyalarının müddəti daha 6 ay uzadılıb
Digər ölkələr07:50
Avstraliyada silahlar insanlardan geri alınacaq
Digər ölkələr07:13
Foto
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü Vaşinqtonda qeyd edilib
Xarici siyasət06:51
Kim Çen In Şimali Koreyada cənnəti quracağına söz verib
Digər ölkələr06:16
Maduro amerikalıları müharibəyə qarşı çıxmağa çağırıb
Digər ölkələr05:32
Foto
Video
Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından yola salınıb - Yenilənib
Energetika05:00
Avstraliya polisi terror aktı planlaşdırdığı güman edilən 7 nəfəri həbs edib
Digər ölkələr04:24
ABŞ Prezidenti 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb
Digər ölkələr04:12