Yuxarı
    Bağlamaq

    Xocalı soyqırımının ildönümü münasibətilə Hollandiyada tədbirlər keçiriləcək

    Zahid Oruc konfransda Qarabağın işğalından sonrakı proseslər və Azərbaycanın siyasəti barədə iştirakçılara məlumat verəcək

    Bakı. 21 fevral. REPORT.AZ/ Milli Məclisin deputatı Zahid Oruc fevralın 25-dən 28-dək Niderland Krallığının Haaqa şəhərində səfərdə olacaq. 

    MM-in mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, səfərin məqsədi Ermənistanın Qarabağı işğalını və Xocalı soyqırımını pisləyən mitinq-yürüşdə və həmin mövzuya həsr olunan konfransda və rəsm sərgisində iştirak etməkdir.

    Hollandiya Türkləri Şurası tərəfindən təşkil olunmuş tədbirlər silsiləsi Ermənistan səfirliyi qarşısına qara rəngli çələng qoyulması ilə başlayacaq.

    Millət vəkili Zahid Oruc konfransda çıxış edəcək, Qarabağın işğalından sonrakı proseslər və Azərbaycanın siyasəti barədə iştirakçılara məlumat verəcək. Tədbirdə Qarabağ qaçqınları haqqında şəkillərdən slayd göstəriləcək, konfransdan sonra isə fotosərgi nümayiş etdiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi