Xocalı sakini: Doğma yurda qayıtmağın sevincini ruhən yaşayırıq
- 24 fevral, 2025
- 13:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Doğma yurda qayıtmağın sevincini sözlə ifadə etmək çətindir, hər kəs bu hissi ruhən yaşayır.
Bunu “Report”un Qarabağ bürosunun əməkdaşı ilə söhbətdə fevralın 24-də doğma evinə köçən Xocalı rayonunun Ballıca kənd sakini Rüstəm Ələkbərov deyib.
O, uzun müddətdən sonra öz evlərinə qayıtdıqları üçün çox həyəcanlı olduqlarını bildirib:
“Doğma yurda qayıtmağın sevincimi heç bir sözlə ifadə edə bilmirəm, bu hissi ruhən yaşayırıq. Kəndimizə köçəcəyimiz gün dəqiqləşdikdən indiki ana qədər necə həyəcan keçirdiyimizi bir Allah bilir.
Bu anları yaşadığımız üçün Müzəffər Ali Baş Komandana təşəkkür edirik, ordumuza minnətdarlığımızı bildiririk, bizim yaşamağımız üçün canlarını fəda edən şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Düşünürəm ki, hər birimiz ömrümüz boyu bu anları unutmamalı, yaşadığımız çətin anlardan ibrət almalıyıq”.