XİN: "Ermənistanın hərbi təxribatları bundan sonra da adekvat şəkildə cavablandırılacaq"

XİN: "Ermənistanın hərbi təxribatları bundan sonra da adekvat şəkildə cavablandırılacaq" "Ermənistan tərəfinin revanşizm mövqeyindən çıxış edərək hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik".
Daxili siyasət
17 Noyabr , 2021 11:46
XİN: Ermənistanın hərbi təxribatları bundan sonra da adekvat şəkildə cavablandırılacaq

"Ermənistan tərəfinin revanşizm mövqeyindən çıxış edərək hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 16 noyabr 2021-ci il tarixində dövlət sərhədində Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər hərbi qulluqçumuz isə yaralanıb.

"Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı yönələn hər hansı təhdidlər və hərbi təxribatlar bundan sonra da adekvat şəkildə cavablandırılacaq. Allah şəhidlərimizə rəhmət eləsin!", - bəyanatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi