XİN-dən Rusiya sərhədində qalan vətəndaşlarla bağlı açıqlama

XİN-dən Rusiya sərhədində qalan vətəndaşlarla bağlı açıqlama Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva Rusiyanın Dağıstan Respublikasında qalan Azərbaycan vətəndaşlarının ölkəyə təxliyə olunması ilə bağlı məsələyə münasibət bildirib.
Daxili siyasət
18 İyun , 2020 19:52
XİN-dən Rusiya sərhədində qalan vətəndaşlarla bağlı açıqlama

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva Rusiyanın Dağıstan Respublikasında qalan Azərbaycan vətəndaşlarının ölkəyə təxliyə olunması ilə bağlı məsələyə münasibət bildirib.

“Report”un məlumatına görə, o deyib ki, Azərbaycanın digər ölkələrdə qalan və mövcud vəziyyətlə bağlı çətinliklərlə üzləşən vətəndaşlarının ölkəyə qayıdışı mərhələli şəkildə həyata keçirilir.

“Son bir ay ərzində minə yaxın Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olunub. Biz xaricdə qalan vətəndaşlarımıza olduğu yerlərin qaydalarına riayət etmələrini israrla xahiş edirik”, - L.Abdullayeva vurğulayıb.

Son xəbərlər

Orphus sistemi