Yuxarı

Xəzərin Azərbaycana mənsub olan bölməsinin sahilboyu zolağının qrafik təsviri təsdiqlənib

Bununla da 80-130 metrlik zolağının qrafik təsvirinin təsdiqi qərarı ləğv edilib

Bakı. 31 avqust. REPORT.AZ/ Nazirlər Kabineti Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.

"Report" xəbər verir ki, qərarı baş nazir Artur Rфsizadə imzalayıb.

Qərarda bildirilir:

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 739 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 2016-cı il 1 aprel vəziyyətinə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri” təsdiq edilsin.

2. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının qrafik təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 23 oktyabr tarixli 137 nömrəli qərarı ləğv edilsin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi