İşğal edilmiş ərazilərin xəritələrdə təhrif olunmasına qarşı İşçi Qrup yaradılacaq

İşğal edilmiş ərazilərin xəritələrdə təhrif olunmasına qarşı İşçi Qrup yaradılacaq İyulun 7-də&Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “İnternet platformalarında yayılmış xəritələrdə işğal edilmiş ərazilərin təhrif olunmanın qarşısının alınması istiqamətində g
Daxili siyasət
379
8 İyul , 2020 16:57
İşğal edilmiş ərazilərin xəritələrdə təhrif olunmasına qarşı İşçi Qrup yaradılacaq
Gənclər və İdman Nazirliyi / Report

Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “İnternet platformalarında yayılmış xəritələrdə işğal edilmiş ərazilərin təhrif olunmanın qarşısının alınması istiqamətində gənclər təşkilatlarının rolu” mövzusunda videokonfrans baş tutub.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a veridiyi məlumata görə, əsas məqsəd Ermənistan tərəfindən işğal olunmuş ərazilərə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair məsələlərdə, sosial şəbəkələrdə və internet platformalarında daha fəal şəkildə Azərbaycan həqiqətlərinin yayılmasında gənclər təşkilatlarının fəaliyyətini genişləndirməkdən ibarət olub.

Onlayn formatda baş tutmuş konfransa ümumilikdə 60-dək gənclər təşkilatının rəhbər və nümayəndələri qatılıb. İclasın açılışında Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova mövzu ilə bağlı fikirlərini bölüşüb. Konfransa moderatorluğu Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Azər Əliyev edib.

Gənclər təşkilatlarının və ictimai fəal gənclərin bu prosesdə oynayacağı rol, o cümələdən beynəlxalq platformalara kütləvi etirazların edilməsi, eyni zamanda sosial şəbəkələr üzərindən real və həqiqəti əks etdirən faktların paylaşılması və dünya ictimaiyyəitinə çatdırılmağın mümkün və effektiv yolları müzakirə olunub.

Həmçinin son zamanlar ölkədə mövzu ilə bağlı görülən təqdirəlayiq işlər və Prezident İlham Əliyevin mövzuya həssas yanaşması, bununla bağlı məsələlərin xüsusi diqqətində saxlanılması da qeyd edilib.

Yekunda gənclər təşkilatlarının nümayəndələri internet platformalarında yayılmış xəritələrdə işğal edilmiş ərazilərin təhrif olunmasının qarşısının alınması istiqamətində təkliflərini bildiriblər. Növbəti addım kimi İşçi Qrupun yaradılması, xüsusi təlimlərin keçirilməsi və maarifləndirmə işinin aparılması qərara alınıb.