Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Tibb İdarəsi – Müalicə-Diaqnostika Mərkəzinin rəisi Elşad Belal oğlu Həmidova general rütbəsi verib.
"Report" xəbər verir ki, dövlət başçısının sərəncamı ilə E.Həmidova tibb xidməti general mayoru ali hərbi rütbəsi verilib.