Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib - YENİLƏNİB

Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib - YENİLƏNİB Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.
Daxili siyasət
14 aprel 2025 11:22
Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib - YENİLƏNİB

Baş Prokurorluq, həmçinin Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev, 
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusifov və digər rəsmi şəxslər çıxış ediblər.

Onlar çıxışlarında Ümummilli Lider Heydər Əliyev və onun davamçısı Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən danışıblar.

Daha sonra tələbələr Kamran Əliyev və Emin Əmrullayevə müxtəlif suallar ünvanlayıb.

Sonda xatirə fotosu çəkdirilib.

09:09

Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilir.

“Report”un Xankəndidə ezam olunan müxbiri xəbər verir ki, Baş Prokurorluq, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda tədbir baş tutur.

Konfransda Baş prokuror Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, hüquqşünaslar, ali təhsil müəssisələri və medianın nümayəndələri, eləcə də gənc tədqiqatçılar iştirak edir.

Foto: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi