Xaçmazın Muxtadır kəndində tapılan kütləvi məzarlığa baxış keçirilib - FOTO

Xaçmazın Muxtadır kəndində tapılan kütləvi məzarlığa baxış keçirilib - FOTO "Burada yüzlərlə insan skeleti aşkarlana bilər"
Daxili siyasət
8 May , 2017 12:37
Xaçmazın Muxtadır kəndində tapılan kütləvi məzarlığa baxış keçirilib - FOTO
Report.az

Xaçmaz. 8 may. REPORT.AZ/ Xaçmaz rayonunun Muxtadır kəndi yaxınlığında meşəlik ərazidə tapılan kütləvi məzarlığa tarixçi Abdulrəhim Yaqubov baxış keçirib. 

O, “Report”un şimal bürosuna bildirib ki, ərazidə mütləq arxeoloji qazıntı aparılmalıdır: “Torpağın altında sümüklərin bir hissəsi görünür. Burada yüzlərlə insan sümüyü aşkarlana bilər. Yəqin ki, qumun altında insan skeletləri qalmaqdadır. Ehtimal edilir ki, burada insan qalıqları 1918-ci ildə erməni təcavüzünə məruz qalan dinc sakinlərə aiddir. Əlbəttə, bu ehtimalları dəqiqləşdirmək üçün arxeoloji ekspedisiya araşdırma aparmalıdır”.

Son xəbərlər

Orphus sistemi