Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz şəhərinin mərkəzindən keçən Qudyalçay körpüsünun aşdığı ərazidə qərargah yaradılıb.
"Report"un Şimal bürosunun məlumatına görə, qərargahda Xaçmaz Rayon İcra Hakimiyyəti, FHN və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları növbəli şəkildə xidmət aparırlar.
Hadisə nəticəsində çaya düşərək sel suları içərisində qalan "VAZ-2106" markalı avtomobil xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə üç avtomobilə zərər dəyib.
Sözügedən körpünün aşması nəticəsində 98 yaşayış məntəqəsində 97 min əhalinin Xaçmaz-Xudat və digər ərazilərlə əlaqəsi kəsilib.
Eyni zamanda hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. Bu səbəbdən hminik avtomobilləri və marşrut avtobusları alternativ olaraq Quba-Xaçmaz, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu və ya Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi daxilindən keçməklə hərəkətlərini davam etdirir.
Faktla bağlı araşdirma aparılır.