Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Adıgözəl Əmirsoltan oğlu Qasımovla Xaçmaz rayonunda keçirilən vida mərasimi başa çatıb.
"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Xaçmaz rayonu Keymərəz kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Xaçmaz Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Adıgözəl Əmirsoltan oğlu Qasımovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.
“Report”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Xaçmaz rayonunun Keymərəz kəndində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Adıgözəl Əmirsoltan oğlu Qasımov 1971-ci il mayın 20-də Xaçmaz rayonunun Keymərəz kəndində anadan olub. O, 1993-cü il avqustun 15-də Laçın rayonu Hoçaz yüksəkliyi istiqamətində itkin düşüb.
A.Qasımov Xaçmaz rayonunun Keymərəz kəndində dəfn olunacaq.