Bunu “Report”a açıqlamasında Müsavat Partiyasının Məclis üzvü, Qubad İbadoğlunun rəhbərliyi ilə yaradılacaq hərəkatın təşəbbüs qrupunda təmsil olunan Vurğun Əyyub deyib.
O, Müsavat Partiyasından xaric ediləcəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Haqqımda kiminsə nə deməsi məni qətiyyən maraqlandırmır. Partiyanın indiki rəhbərliyini qeyri-legitim hesab edirəm. Qurultayda sərbəst Məclis üzvü seçilməyimə baxmayaraq, özümü Məclis üzvü hesab etmirəm. Digər seçilənlər də legitim deyil. Ona görə də onların atacaqları hansısa addım məni qətiyyən narahat etmir. Müsavat Partiyası barmaqla idarə edilən partiya deyil”.
Qeyd edək ki, Müsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlunun rəhbərliyi ilə “Azərbaycan Demokratiya və Rifah” Hərəkatının təsis bəyannaməsi hazırlanıb. Hərəkatın yaxın bir ay ərzində təsis yığıncağının keçirilməsi gözlənilir.