Bakı. 17 noyabr. REPORT.AZ/ "Səxavət Əlisoy qurultayın qərarlarını tanımırdı. Bu səbəbdən də onu partiyadan çıxardılar. Bu, qisas idi. Eyni addımı mənimlə bağlı da atacaqlarını düşünürəm".
Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Vurğun Əyyub deyib. O, Müsavat Partiyasının hazırkı rəhbərliyinin qərarlarından narahat olmadığını bildirib: "Onların qərarlarının mənim üçün heç bir əhəmiyyəti yoxdur. Müsavat Partiyasının üzvü olaraq, partiyanın indiki qurumlarını legitim hesab etmirəm. Bununla bağlı kifayət qədər əsaslarım var".
Qeyd edək ki, Müsavat Partiyası Divanının iclasında "partiyanın ideoloji-siyasi xəttinə zidd addımlar atdıqları üçün" başqanlığa sabiq namizəd Səxavət Əlisoy partiyadan xaric edilib, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq üzvü Əlövsət Talışxanlıya isə töhmət verilib.