Vüqar Süleymanov: Azərbaycanda minatəmizləmə üzrə qabaqcıl təcrübənin öyrənilməsi üçün treninq mərkəzi açılacaq

Vüqar Süleymanov: Azərbaycanda minatəmizləmə üzrə qabaqcıl təcrübənin öyrənilməsi üçün treninq mərkəzi açılacaq Bu gün Zəngilanda keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda konfransda mina probleminin ətraf mühitə təsiri müzakirə olundu.
Daxili siyasət
30 May , 2024 17:51
Vüqar Süleymanov: Azərbaycanda minatəmizləmə üzrə qabaqcıl təcrübənin öyrənilməsi üçün treninq mərkəzi açılacaq

Azərbaycanda qabaqcıl təcrübənin öyrənilməsi üçün treninq mərkəzi açılacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O qeyd edib ki, bu gün Zəngilanda keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda konfransda mina probleminin ətraf mühitə təsiri müzakirə olundu və vurğulayıb ki, müzakirə üçün belə bir mövzunun seçilməsi təsadüfi deyil:

"Çünki Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Biz mina probleminin ətraf mühitə təsirini aşkar görürük. İstədik ki, bunu dünya ictimaiyyətinə də çatdıraq".

V.Süleymanov bildirib ki, konfrans zamanı BMT-nin İnkişaf Proqramı (UNDP) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) niyyət bəyannaməsi imzalayıb:

"Bu razılaşmanın əsasında Azərbaycanda qabaqcıl təcrübənin öyrənilməsi üçün treninq mərkəzi açılacaq. Bu həm milli, həm regional, həm də beynəlxalq səviyyədə mərkəz olacaq. Layihənin həyata keçirilməsi müəyyən vaxt tələb edəcək. Əsas məsələ, ilk addımlar atılıb, prosesə başlanılıb".

ANAMA sədri onu da əlavə edib ki, minatəmizlənmədə istifadə olunan yerli istehsal maşınlar da Zəngilanda nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi