Yuxarı
    Bağlamaq

    ​Vitse-spiker: "Azərbaycanda milli əsaslar üzərində heç zaman qarşıdurmalar olmayıb"

    Azərbaycanda yaşayan insanlar etnik və dini kimliyindən asılı olmayaraq bir-biri ilə qarşılıqlı anlaşma şəraitində yaşayıblar

    Bakı. 17 noyabr. REPORT.AZ/ "Tolerantlıq və dini dözümlülüyün Azərbaycan modeli haqqında danışanda xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda dini və etnik tolerantlığın bir neçə aspektdə əsasları mövcuddur". "Report" xəbər verir ki, bunu Bakıda ATƏT-in Bakı layihə əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə təşkil etdiyi dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfransda Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. 

    Vitse-spiker vurğulayıb ki, onlardan biri tarixi aspektdir: "Azərbaycanın bir neçə minilliyə söykənən tarixinə nəzər saldıqda görəcəyik ki, bu ərazidə yaşayan insanlar etnik və dini kimliyindən asılı olmayaraq bir-biri ilə qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Kənardan bizə yeridilən bir sıra münaqişələr, etnik və dini münaqişələr, ərazi iddiaları, təcavüz aktları bizi bir-birimizə qarşı qisas hissi ilə yaşamağa vadar etməyib, əksinə bu durumdan çıxmağın birgə yollarını axtarmağa çalışmışıq".
    B.Muradova hesab edir ki, Azərbaycan modelinin ikinci mühüm aspekti milli bir əsasdır: "Bu, Azərbaycanda yaşayan bir sıra müxtəlif millətlərə aiddir, amma aparıcı millət, xalq azərbaycanlılar olub və onların xarakteri, onların milli kimliyi, tolerantlığı və dözümlülüyü onların həyatında, məişətində, başqalarına münasibətində, bütün məsələlərdə büruzə verdiyi kimi burada birgə yanaşı yaşayan digər xalqların da bu ənənələri, dəyərləri qoruyub saxlamağa vadar edib. Odur ki, burada milli əsaslar üzərində heç zaman qarşıdurmalar olmayıb".
    B.Muradovanın sözlərinə görə, Azərbaycan modelinin üçüncü aspekti isə dini aspektdir: "Azərbaycanda yaşayan əhalinin 96% İslam dininə sitayiş edir. Digərləri müxtəlif dinlərə aiddir. Amma burada kimdən soruşsanız görəcəksiniz ki, burada heç kim ilk dəfə rastlaşdığı insanın milli və dini kimliyi ilə maraqlanmır, ona insan kimi yanaşırlar".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi