Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edəcək Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən mart ayının 28-də Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasında Şamaxı, Qobustan, Ağsu, Göyçay və İsmayıllı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcə
Daxili siyasət
1 Mart , 2024 16:30
Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov martın 28-də Şamaxı Rayon Polis Şöbəsinin binasında Şamaxı, Qobustan, Ağsu, Göyçay və İsmayıllı şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 27.03.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi