MSK sədri “seçki saxtakarlığı” kimi təqdim edilən videogörüntülərlə bağlı açıqlama verib

MSK sədri “seçki saxtakarlığı” kimi təqdim edilən videogörüntülərlə bağlı açıqlama verib "Biz bunu araşdıracağıq, qayda pozuntusu olub-olmaması barədə ictimaiyyətə məlumat verəcəyik"
Daxili siyasət
23 Dekabr , 2014 13:34
MSK sədri “seçki saxtakarlığı” kimi təqdim edilən videogörüntülərlə bağlı açıqlama verib

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə və KİV-lərdə 15 saylı Yasamal I Seçki Dairəsinin 12 saylı məntəqəsində “seçki saxtakarlığı” kimi təqdim edilən videogörüntülərlə bağlı açıqlama verib. “Report”un xəbərinə görə, M.Pənahov jurnalistlərə bildirib ki, hələ həmin məsələ ilə bağlı MSK-ya müraciət daxil olmayıb: “Mən özüm həmin görüntülərə baxmışam. Orada aydın görmək olmur ki, qutuya neçə seçki bülleteni atılır. Təbii ki, biz bunu araşdıracağıq, qayda pozuntusu olub-olmaması barədə ictimaiyyətə məlumat verəcəyik. Əgər qanun pozuntusu olarsa, bunu edənlər cəzalandırılacaq”.

M.Pənahov əlavə edib ki, bu gün MSK-ya qayda pozuntusunun olması ilə bağlı müraciət daxil olmayıb: “Daxil olan müraciətlər əsasən sorğu xarakterlidir”

Son xəbərlər

Orphus sistemi