Vətəndaşların müraciətlərinə MSK-da baxılması qaydası və müddəti müəyyənləşir

Vətəndaşların müraciətlərinə MSK-da baxılması qaydası və müddəti müəyyənləşir Mərkəzi Seçki Komissiyasının (MSK) qərarlarının mübahisələndirilməsi zamanı iddia üzrə icraatın xüsusiyyətləri, bu kateqoriya inzibati mübahisələrə dair işlər üzrə icraat zamanı məhkəmə aidiyyatının müəyyən edilməsi və iddia ərizəsinə baxılması müddəti mü
Daxili siyasət
18 May , 2022 17:06
Vətəndaşların müraciətlərinə MSK-da baxılması qaydası və müddəti müəyyənləşir

Mərkəzi Seçki Komissiyasının (MSK) qərarlarının mübahisələndirilməsi zamanı iddia üzrə icraatın xüsusiyyətləri, bu kateqoriya inzibati mübahisələrə dair işlər üzrə icraat zamanı məhkəmə aidiyyatının müəyyən edilməsi və iddia ərizəsinə baxılması müddəti müəyyənləşir.

"Report"un xəbərinə görə, bununla bağlı "Vətəndaşların müraciətləri haqqında" qanuna dəyişiklik təklif olunur.

"Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanuna müvafiq olaraq Mərkəzi Seçki Komissiyasının aşağıdakı qərarlarının mübahisələr sürülməsinə dair iddia ərizəsi apellyasiya instansiyası məhkəməsinə verilə bilər:

1. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı yaradılmış təşəbbüs qrupunun və təklif olunan qanun (qərar) layihəsinin qeydiyyata alınmasından imtina barədə;

2. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı yaradılmış təşəbbüs qrupunun "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanunun tələblərinə riayət etməməsi barədə.

Bu Məcəllənin 130-2.1-ci maddəsində nəzərdə tutulmuş Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələr sürülməsinə dair iddia ərizəsi həmin qərarın surəti Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı yaradılmış təşəbbüs qrupunun sədrinə təqdim edildiyi gündən 10 (on) gün müddətində verilə bilər.

3. İddia ərizəsinə məhkəmə tərəfindən 15 (on beş) gün müddətində baxılmalı ve onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.

4. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin va Mərkəzi Seçki Komissiyasının nümayəndəsinin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə maneə olmur.

5. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qararından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.

6. Ali Məhkəmə şikayətə onun daxil olduğu vaxtdan 15 (on beş) gün müddətində baxıb qərar qəbul etməlidir.

Son xəbərlər

Orphus sistemi