​Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Apellyasiya Şurası yaradılıb

​Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Apellyasiya Şurası yaradılıb Apellyasiya Şurasının tərkibinə Agentliyin və onun tabeliyindəki “ASAN xidmət”in vəzifəli şəxsləri daxildir
Daxili siyasət
25 Fevral , 2016 13:53
​Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Apellyasiya Şurası yaradılıb

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Apellyasiya Şurası yaradılıb.

Bu barədə "Report"a Agentliyin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumata görə, Dövlət Agentliyinin sədr müavininin rəhbərlik etdiyi Apellyasiya Şurasının tərkibinə Agentliyin və onun tabeliyindəki “ASAN xidmət”in vəzifəli şəxsləri daxildir.

Qeyd edək ki, Şuranın yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin Dövlət Agentliyinə daxil olan təkrar şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.

Son xəbərlər

Orphus sistemi