Vətən müharibəsinin daha bir iştirakçısına vəzifə verilib

Vətən müharibəsinin daha bir iştirakçısına vəzifə verilib Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış şöbəyə təyinat olub
Daxili siyasət
13 Mart , 2021 15:31
Vətən müharibəsinin daha bir iştirakçısına vəzifə verilib
Musayev Mahir Seyidağa oğlu

Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyinat olub.

“Report” xəbər verir ki, bu vəzifəyə Vətən müharibəsi iştirakçısı Musayev Mahir Seyidağa oğlu təyin edilib.

Qeyd edək ki, M.Musayev erməni təxribatçılarına qarşı döyüş bölgələrində baş kəşfiyyatçı olaraq göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi