Yuxarı

​Azərbaycanda vergi orqanlarının vəzifəli şəxsləri 5 ildən bir attestasiyadan keçəcəklər

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb

Bakı. 16 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanın 2001-ci il 12 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

“Report”un xəbərinə görə, bu əsasnamə dövlət vergi orqanlarında xidmətin qaydalarını və vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.

Əsasnaməyə görə, indiyədək yalnız müvafiq vəzifədə azı 1 il xidmət edən və 3 ildə bir dəfədən çox olmayaraq vergi orqanının vəzifəli şəxslərinin attestasiyası keçirilirdi. Dəyişikliklə 5 ildə bir dəfədən çox olmayaraq vergi orqanının vəzifəli şəxslərinin attestasiyası keçiriləcək.

Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan attestasiya komissiyası vergi orqanlarının vəzifəli şəxsinin tutduğu vəzifəyə uyğun gəldiyi və ya uyğun gəlmədiyi, habelə işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəldiyi haqqında 3 qiymətdən yalnız birini verir.

Həmçinin əsasnaməyə edilən dəyişikliyə görə, attestasiya olunan vergi orqanlarının vəzifəli şəxslərinə onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməz hesab olunur.

Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.

Bununla yanaşı, attestasiya komissiyası bu qiymətində vergi orqanlarının vəzifəli şəxsinin başqa vəzifədə istifadə edilməsinin məqsədə müvafiqliyi barədə tövsiyə verə bilər.

Vergi orqanının vəzifəli şəxsinin xidmətinə tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda xitam veriləcək

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi