Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsinin keçiriləcəyi tarix açıqlanıb

Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsinin keçiriləcəyi tarix açıqlanıb Bakı. 13 dekabr. REPORT.AZ/ Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçiriləcək.
Daxili siyasət
251
13 Dekabr , 2018 11:53
Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsinin keçiriləcəyi tarix açıqlanıb
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçiriləcək. 

Kollegiyadan "Report"a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada olacaq. 

Dekabrın 23-də keçiriləcək yazılı test imtahanında 180 nəfərin iştirakı nəzərdə tutulub. Odur ki, vəkilliyə qəbul imtahanlarında iştirak etmək istəyən şəxslər dekabrın 20-dək davam edəcək sənəd qəbulunda 140 nəfərin sənədinin qəbul olunduğunu və vəkilliyə qəbul imtahanının yazılı-test mərhələsində iştirak üçün 40 yerin qaldığını nəzərə almalıdırlar.

Eyni zamanda, vəkil olmaq üçün tələb olunan 3 il hüquq stajının tamam olmasına 3 ay qalmış şəxslər Azərbaycan Vəkillər Kollegiyasının sənəd qəbulu komissiyasına müraciət edə bilərlər.

Sənəd qəbulu üçün elektron qaydada müraciət etmək istəyən şəxslər http://www.barassociation.az/recruitment keçidində göstərilən ankent-formanı doldurmalı, http://www.barassociation.az/other keçidində nəzərdə tutulan bank rekvizitləri vasitəsilə ödəniş etməli, anket-forma və ödəniş qəbzinin skan surətini dekabrın 20-dək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Son xəbərlər

Orphus sistemi