Ölkə üzrə vahid seçici siyahısının tərtib olunması prosesi yekunlaşıb
- 26 may, 2025
- 15:34
Vəfat etmiş seçicilərin adı seçici siyahılarından çıxarılıb.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun bu gün keçirilən tədbirində deyib.
O qeyd edibb ki, ölkə üzrə vahid seçici siyahısının tərtib olunması prosesi yekunlaşıb.
Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını hər il fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.
Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil verməlidir.
MSK ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsini may ayının 30-dək həyata keçirməlidir.