Vasif Talıbov fransız arxeoloqu təltif edib

Vasif Talıbov fransız arxeoloqu təltif edib Bakı. 24 sentyabr. REPORT.AZ/ Fransız arxeoloq Katherine Anne Marro “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib.
Daxili siyasət
24 Sentyabr , 2018 20:05
Vasif Talıbov fransız arxeoloqu təltif edib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Fransız arxeoloq Katherine Anne Marro “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib.

"Report"un məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Fransız arxeoloq Naxçıvan Muxtar Respublikasında arxeologiya sahəsində səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Katherine Anne Marro Azərbaycan-Fransa Beynəlxalq Arxeoloji ekspedisiyasının tərkibində bir neçə ildir ki, muxtar respublika ərazisindəki arxeoloji abidələrin tədqiqi ilə məşğuldur. O həmçinin Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin tədqiqatçısıdır.

Son xəbərlər

Orphus sistemi