Vaqif Abdullayev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Vaqif Abdullayev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
14 Oktyabr , 2015 19:14
Vaqif Abdullayev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Vaqif İdris oğlu Abdullayevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla V.Abdullayev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, V.Abdullayev 1956-cı il oktyabrın 16-da Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi alıb. 2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan “Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləyib. II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Ailəlidir, 5 övladı var.

Son xəbərlər

Orphus sistemi